black and white bed linen

AZƏRBAYCANDA İLK TAM ROBOTİK Aİ BARRİSTA

2025-dən fəaliyətdə !

Bakıda şəhər həyatına yeni texnoloji məkan qoşulub - ilk RoboCafe Crescent Mall-da fəaliyyətə başlayıb. Burada içkilərin hazırlanması və təqdimatı sənaye tipli KUKA KR Agilus robotu tərəfindən həyata keçirilir. Süni intellekt və maşın görməsi ilə idarə olunan sistem bütün prosesi hazırlanmadan təqdimatadək tam nəzarətdə saxlayır və yüksək dəqiqlik, sabit keyfiyyət və maksimum gigiyena təmin edir. RoboCafe-də texnologiya qəhvə mədəniyyəti ilə birləşir: içkilər yüksək keyfiyyətli Arabica qəhvə növlərindən hazırlanır. Ziyarətçilər eyni zamanda dünyaca məşhur Pepper humanoid robotunun iştirakı ilə interaktiv robo-şounu izləyə bilirlər. Layihə JFB Tech və Bakurobotics tərəfindən həyata keçirilib və RoboCafe-nin yığılması tam şəkildə Bakıda, yerli mühəndis komandası tərəfindən icra olunub. RoboCafe konsept deyil - bu, real işləyən yeni nəsil kafe modelidir.

Robocafe Azərbaycanda ilk suni intellektli robotik cafe dir. RoboCafe müxtəlif ölkələrin qabaqcıl texnoloji komponentlərindən ibarət kompleks sistemdir.Robot qol Almaniyanın KUKA şirkətinə məxsus sənaye robotudur və bütün mexaniki hərəkətləri yüksək dəqiqliklə icra edir. Qəhvə içkilərin hazırlanmasında Eversys markasına məxsus peşəkar qəhvə aparatlarının müxtəlif modellərindən istifadə olunur. Bu avadanlıqlar stabil keyfiyyət və sənaye səviyyəli etibarlılıq təmin edir. Hər bir RoboCafe lokal idarəetmə üçün özünün ayrıca sənaye tipli PC-si ilə təchiz olunub. Bu lokal sistem NVIDIA Jetson Orin əsaslıdır və 100 TOPS AI hesablama gücünə malikdir. Sistem real vaxt rejimində robotun hərəkətlərini, sensor məlumatlarını və icra proseslərini idarə edir. Bütün RoboCafe-lərin lokal sistemləri bizim mərkəzi NVIDIA A100 GPU (FP16) əsaslı backend serverə qoşulub. Mərkəzi server süni intellekt alqoritmləri vasitəsilə reseptlərin 1 gramma kimi optimallaşdırılmasını, proseslərin monitorinqini və 12-dən çox RoboCafe sistemindən ibarət şəbəkənin koordinasiyasını təmin edə bilir.

Bu layihənin arxasında duran texnologiya

AI-crafted coffee.

Bakıda Gələcəyin Kafesi

woman wearing yellow long-sleeved dress under white clouds and blue sky during daytime

Feedback

Sualınız və ya rəyiniz var?

Qarabağ Horses Square, White City , Baku,AZ1025,Azerbaijan , JFB Tech MMC , Bakurobotics © 2025. All rights reserved.